Erməni sürücülər İranla sərhədi bağladı

Ermənistan və İran arasındakı "Aqarak" sərhəd-keçid məntəqəsi erməni TIR sürücüləri tərəfindən bağlanıb.

Musavat.com "Azad İran"a istinadən bildirir ki, yük maşınlarının sürücüləri Ermənistana qayıdarkən almalı olduqları dizel yanacağının qiymətinin İran hakimiyyəti tərəfindən kəskin artırılması qərarına qəzəbləniblər.

Mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur və dolu geri dönürlər.

 

17.11.2024 22:23
883