"Təxminən 1 ildən çoxdur erməni silahlı birləşmələri Qarabağ ərazisində müxtəlif hərbi təyinatlı tədbirlər həyata keçirirlər: silahlanma, müdafiə xəttinin formalaşdırılması və s. Eyni zamanda şərti Ermənistan-Azərbaycan sərhədində də bu proses davam edir".
Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a açıqlamasında bildirdi ki, hərbi əməliyyatların, qarşıdurmaların olacağı gözlənilən idi.
O düşünür ki, Azərbaycan ordusunun növbəti həmlələri, əks-hücum əməliyyatları geniş anti-terror əməliyyatı ilə nəticələnəcək: "Qarşıdurmaların qarşısının alınması üçün Ermənistan 10 noyabr bəyannaməsinin 4-cü bəndinə riayət etməlidir. 44 günlük Vətən müharibəsində BMT-nin qətnamələri icra olunduğu kimi, Azərbaycan ordusu qarşı tərəfi bu bəndin icrasına məcbur etməlidir. Əks təqdirdə, proses uzun müddət həlledilməmiş qalacaq, erməni silahlı birləşmələri bölgəni tərk etməyəcək".
Nigar HƏSƏNLİ,
Musavat.com