Erməni səfirdən sərsəm açıqlama: Azərbaycan 5 aprelə qədər Ermənistana hücum edəcək

"Əliyev rejimi və müttəfiqləri baş nazir Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə aprelin 5-nə planlaşdırılan görüşünü pozmaq məqsədilə Pasxa bayramında Ermənistana hücum etmək istəyirlər".

Musavat.com xəbər verir ki, bu gicbəsər açıqlamanı hansısa erməni Tik-Toker yox, Ermənistanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri, Ermənistanın Aİ-dəki daimi nümayəndəsi Tiqran Balayan yayıb.

Səfir yuxarıda oxuduğunuz cümlələri özünün X-dəki mikrobloqunda yazıb.

Musavat.com

02.04.2024 02:29
2735