Erməni sakin: "Bizim rəis azərbaycanlı idi..."

"Xankəndidə yaşayırdım. İşıqlarımız yox idi, sağ olsunlar, dünən verildi".

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Qarabağın erməniəsilli sakini Valodya Stepanyan deyib.

O, yenidən Xankəndiyə qayıtmaq haqda qərar vermədiyini söyləyib: "63 yaşım var, tək adamam. Qayıtmaq haqqında hələ ki konkret qərar verməmişəm".

O bildirib ki, vaxtilə azərbaycanlılarla bir yerdə işləyib: "O vaxt bizim rəis Dadaşov Nəzir idi, çox yaxşılıq edib mənə. Sizlərlə problem yaşamamışam".

25.09.2023 14:02
2218