Problemləri həll etmək üçün bizi Azərbaycana köçürmək və bununla da məsələyə son qoymaq qalır.
Ölkə.Az xəbər verir ki, bunu Vardenis sakinləri "news.am"a müsahibəsində son günlərdə şəhərdə keçirilən etiraz aksiyaları ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, dövlət qurumları bir-bir bağlanaraq 40 km aralıdakı Martuniyə köçürülür.
"İki il əvvəl hərbi komissarlıq, indi də pasport masa xidməti köçürülür. Morq yoxdur. Adam ölür, onu Martuniyə aparırlar. İndi adi bir sənəd üçün 40 km yol getməlisən. İnsanlar nə etməlidir? Adamlar işləyir, ailəsini dolandırır, hamısı işdən çıxarılıbsa, nə etsinlər, hara getsinlər? Bugünkü vəziyyətə görə, Ermənistanda ən kasıb yer Vardenisdir”, - müsahib qeyd edib.
O əlavə edib ki, bütün dövlət strukturları şəhərdən çıxarılsa, təbii olaraq insanlar bu yerləri tərk edəcəklər: "Üzləşdiyimiz vəziyyətdən çıxış yolu budur: bizi Azərbaycana köçürsünlər bununla da məsələ bitib getsin".
Qeyd edək ki, fevralın 12-dən etibarən Vardenis sakinləri üzləşdikləri problemlərlə bağlı davamlı aksiya keçirirlər.