Erməni revanşist deputat: “Qarabağ məsələsi hələ qapanmayıb”

“Qarabağ məsələsi bağlanmayıb və bu istiqamətdə hər gün çalışmaq bizim borcumuzdur”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin deputatı, revanşist Qarnik Danielyan deyib.

“Biz Qarabağ ermənilərinin geri qayıtması üçün hər şeyi etməliyik. Lakin Paşinyan hökumətindən başqa hamı bu məsələdən danışır”, - deyə Danielyan bildirib.

Musavat.com

10.12.2024 18:03
1487