Erməni politoloqdan Paşinyanla bağlı ŞOK SÖZLƏR 

“Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın hazırkı hakimiyyəti ABŞ Dövlət Departamentinin ştatdankənar əməkdaşları kimi fəaliyyət göstərməyə başlayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Yervand Bozoyana məxsusdur.

Onun sözlərinə görə, “əsl və tarixi Ermənistan” ətrafında aparılan bütün təbliğatlar ABŞ administrasiyasının göstərişlərinin yerinə yetirilməsinin nəticəsidir.

“Onlar ona (Paşinyana) izah etdilər ki, əgər Ermənistan xarici siyasət münasibətlərinin “köhnə sistemində” - Ermənistan-İran-Rusiya üçlüyündə qalsa, o zaman Ermənistanın indiki hakimiyyətinin gələcəyi olmayacaq, özü isə Saakaşvili kimi mühakimə olunacaq”, - deyə Bozoyan bildirib.

Revanşist ekspertin iddiasına görə, Ermənistanda hakim elitanın hakimiyyətdə qalmasının yeganə şansı Ermənistanı İran və Rusiyanın təsirindən çıxarmaq və ölkəni Türkiyənin təsiri altına salmaqdır:

“Türkiyənin təsir zonasında olan Ermənistanın mövcud olub-olmaması ABŞ tərəfini əslində narahat etmir, lakin onlar Paşinyan və ailəsinə şəxsi təhlükəsizlik zəmanəti verirlər”.

Musavat.com

18.09.2024 17:07
900