“Paşinyan iqtidarının təmsilçiləri özlərini axmaq və heç nəyi anlamayan kimi göstərirlər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Boris Murazi qeyd edib.
Murazi iyulun 30-da Türkiyə və Ermənistan arasında nizamlanma prosesinin müzakirəsi üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyanın sərhəddəki görüşü barədə yazıb.
“İlk baxışdan belə görünür ki, Ermənistanın hazırkı hakimiyyəti Türkiyə ilə heç bir şərt irəli sürmədən danışıqlara gedə bilib və “soyqırım” (qondarma) və ya digər milli-dövlət əhəmiyyətli məsələləri tender predmetinə çevirməyib. Görüşdən sonra Türkiyə və Azərbaycan tərəfdən gələn bəyanatlardan sonra nə Ermənistan Xarici İşlər Nazirliyi, nə də Ruben Rubinyan açıq şəkildə onlara yarım söz belə cavab vermədilər. Bunun iki mənası ola bilər: ya Ermənistan hakimiyyəti Türkiyə tərəfi ilə nə danışdıqlarını başa düşmür və açıq-aşkar ilkin şərtləri görmür, ya da özlərini məşhur uzunqulaqlı heyvanın yerinə qoyub, sanki heç nə anlamırlar”, - deyə erməni politoloq qeyd edib.
Musavat.com