Erməni politoloqdan Paşinyanla bağlı SENSASİON AÇIQLAMALAR: Türkiyə ilə...

“ABŞ-ın himayəsi ilə Ermənistanda hakim komanda ölkəni Türkiyənin təsiri altına salır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Yervand Bozoyan danışıb.

“Paşinyan hakimiyyəti Ermənistanın xarici siyasət vektorunu dəyişməyə, ölkəni Rusiyanın təsirindən çıxarmağa, Türkiyənin təsir dairəsinə salmağa çalışır, çünki buna qadir başqa ölkə yoxdur. Üstəlik, Ermənistanın Türkiyənin təsiri altına keçməsi ABŞ-ın himayəsi ilə baş verir. İndiki hakimiyyət Vaşinqtondan Ermənistanın Türkiyənin təsiri altına keçməsinin minimal itkilərlə həyata keçiriləcəyinə dair təminat almağa çalışır. Bu, Ermənistan hökumətinin əsas məqsədi və vəzifəsidir”, - deyə Bozoyon bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ABŞ-ın sədrliyi ilə Ermənistan, Türkiyə və Azərbaycan nümayəndələrinin görüşü planlaşdırılır.

“Birləşmiş Ştatlar Türkiyəni Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında əsas moderator kimi taclandırmağa çalışır”, - deyə Yervand Bozoyan bildirib.

Musavat.com

29.03.2024 15:46
1984