Erməni politoloqdan iddia: Ermənistanın mövcudluğu ABŞ üçün sərfəli deyil

 

“Hazırda Ermənistanın sərhədyanı əraziləri yox, Ermənistan dövlətinin mövcudluğu sual altında qalıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu  fikir yerli politoloq Yervand Bozoyan tərəfindən səslənib.

Onun sözlərinə görə, bu gün Ermənistan cəmiyyətini inandırmağa çalışırlar ki, sərhədlər dəqiqləşdiriləndən sonra Ermənistanın hesabına və Azərbaycanın xeyrinə də olsa sülh gələcək.

Lakin bu, baş verməyəcək, çünki əslində, bu proses sərhədlərin dəqiqləşdirilməsi deyil, Ermənistanın mövcudluğuna son qoyulmasıdır.

“Amerikalılar hesab edirdilər ki, Ermənistanın türk dünyası ilə mövcud problemləri səbəbindən bu ölkə regionda planların irəliləməsinə mane olur.

Azərbaycan və Türkiyə bir-biri ilə fasiləsiz ünsiyyət qursalar, onlar obyektiv olaraq regionda ciddi anti-Rusiya və anti-İran faktoruna çevriləcəklər”, – deyə  Bozoyan bildirib.

Musavat.com

30.09.2024 15:04
306