Erməni politoloq: Rusiya Ermənistanda ciddi təsir rıçaqlarını saxlayır  

 

Ermənistanın hazırkı hakimiyyəti Rusiya ilə bağlı sərt bəyanatlar versə də, Rusiyaya qarşı hər hansı real addım atmadığı iddiası əsassızdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Tiqran Köçəryan deyib.

Köçəryan bildirib ki, Ermənistan rus sərhədçilərinin hava limanlarından, eləcə də Sünik bölgəsindən çıxarılmasını tələb edib və hazırda Sünikdə Rusiya hərbçiləri yoxdur. Eyni zamanda, Ermənistan Rusiyanın bütün təşəbbüslərini sabotaj edir. Onun sözlərinə görə, bu, artıq Ermənistanın anti-Rusiya addımlar atdığı anlamına gəlir.

Bununla belə, Köçəryan hesab edir ki, Rusiya hələ də Ermənistanda ciddi təsir gücünə malikdir. Bu, Ermənistanın Qərbə kəskin dönüş etmək istəyini əngəlləyir. O qeyd edir ki, Ermənistan baş naziri Paşinyan bu dəyişikliyə o qədər tələsir ki, hətta Qərb belə onu yavaşlatmaq məcburiyyətində qalır və Ermənistana heç bir təhlükəsizlik zəmanəti verə bilməyəcəyini dəfələrlə xatırladıb.

Köçəryan əlavə edib ki, Paşinyan MDB sammitində iştirak etmək üçün Moskvaya getsə də, Ermənistan bəzi sənədlərə qoşulmayıb və bu da Ermənistanın Rusiya qarşısında demarş siyasəti apardığını göstərir.

Musavat.com

10.10.2024 14:53
228