Ermənistan tərəfi 2020-ci il sentyabrın 26-dan əvvəlki vəziyyəti çox tez bərpa edə bilər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir yerli ekspert Armen Badalyana məxsusdur.
“Ermənistanda ölkənin maraqlarını rəhbər tutan və İranla ittifaqa girən qüvvələr hakimiyyətə gələrsə, bu, mümkündür. Ermənilərin Qarabağda olmasında ən çox İran maraqlıdır”, - deyə o qeyd edib.
Badalyana görə, Qarabağ məsələsi hələ qapanmayıb.
Musavat.com