Azərbaycan Ermənistana qarşı növbəti genişmiqyaslı müharibəyə hazırlaşır və əlverişli geosiyasi vəziyyət düşən kimi Bakı bu addımı atacaq.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Vitali Manqasaryan deyib. Onun sözlərinə görə, bu gün 4 kəndin dərhal təslim edilməsi ilə bağlı tələblər Ermənistanın şimalında müdafiə xəttini zəiflətmək məqsədini daşıyır. Ərazilərin növbəti təhvil verilməsinə razılıq son nəticədə ona gətirib çıxaracaq ki, Azərbaycan tərəfi Ermənistanın şimalında başlanğıc mövqe üstünlükləri əldə edəcək.
Bununla yanaşı, Azərbaycan tərəfi strateji kommunikasiyalara da nəzarət edir: dövlətlərarası yol və qaz kəməri onun nəzarətinə keçir. Azərbaycan tərəfinin məqsədi Ermənistanın hazırda ölkənin cənubunda baş verdiyi kimi, ən azı, strateji kommunikasiyalarının açıq şəkildə görünməsini təmin etməkdir.
Musavat.com