Erməni nazir Snup Doqqdan DANIŞDI

Amerikalı reper Snup Doqqun Ermənistandakı konserti bu ilin avqustunda baş tuta bilər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan parlamentin daimi komissiyalarının birgə iclasında deyib.

Nazir xatırladıb ki, ötən il reper Snup Doqqun sentyabrın 23-nə planlaşdırılan konserti hamıya məlum səbəblərdən təxirə salınıb.

“Bu il üçün təşkilatçılardan təkliflər gözləyirik. Tarixlər üçün 3 seçim olmalıdır. Bunlardan ən rasional olanı seçəcəyik. Bu konsert əvvəlki razılaşmalar çərçivəsində təşkil olunacaq. Yeni heç nə nəzərdə tutulmayıb”, - deyə Andreasyan bildirib.

Musavat.com

05.06.2024 14:46
478