Erməni nazir: Keçmiş prezidentlər Ermənistanda hakimiyyəti ələ keçirmək üçün bu üsula əl atıblar  

Ermənistanın keçmiş prezidentlərinin Qarabağla bağlı canfəşanlığının yeganə səbəbi Qarabağ ermənilərindən siyasi məqsədlə istifadə etmək istəkləridir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə sentyabrın 19-da jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Onun sözlərinə görə, Qarabağdakı qondarma qurum Şahramanyanın imzası ilə təslim olub, onun imzası ilə bütün dövlət orqanları da buraxılıb.

“Bizim vəzifəmiz 29 min 743 kvadrat kilometr əraziyə malik Ermənistanı saxlamaq, ermənilərin problemləri ilə bağlı məsələləri həll etməkdir”, - deyə erməni nazir fikrini yekunlaşdırıb.

Musavat.com

19.09.2024 15:18
624