“Ermənistanda yerli müxalifət niyə qanunların az qala 90%-nin baxılmasında iştirak etmir və vaxtaşırı parlamentdə hökumət saatını boykot edir?”
Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, bu barədə yerli parlamentin spikeri Alen Simonyan özünə məxsus şərh verib.
“Müxalifət parlamentin əksər iclaslarında iştirak etmir, daimi komissiyaların sədr və müavinləri vəzifələrinə namizədlər irəli sürmür, bu komissiyalarda fəaliyyət göstərmir. Amma parlamentə gəlir, qeydiyyatdan keçir və qanunlara səs verir, əleyhinə çıxırlar və ya bitərəf qalırlar. Təxmin edin niyə? Cavab sadədir: çünki parlamentdə bir iclasda iştirak etmədiyin halda, maaşdan 24 min dram tutulur. Bu, həqiqətən də mövcud olmayan müxalifətin ən yaxşı nümunəsidir”, - deyə Simonyan yazıb.
Musavat.com