Erməni müxalif deputat: AB müşahidəçiləri Bakıya siyasi təzyiq üçün zəmin yaratmalıdırlar

 

AB müşahidəçilərinin rolu Bakıya siyasi təzyiq üçün zəmin yaratmaq və Azərbaycanı növbəti addımlardan çəkindirməkdir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə aprelin 8-də Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Revanşist erməni siyasətçinin fikrincə, AB-nin monitorinq missiyası diqqətini bu məsələyə yönəltməli, onları nəinki hesabatlarda qeyd etməli, hətta operativ addımlar atmalı imiş.

Musavat.com

08.04.2024 12:39
582