Erməni Melkonyan: “İran sülh istəyir, buna görə müharibəyə hazırlaşır”


İran Müdafiə nazirinin “inanırıq ki, bölgədə hər hansı müharibə olmayacaq” sözlərinə Ermənistandan maraqlı şərh gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni siyasi analitik Sergey Melkonyan yazıb.

"Bu gün İran mediasında İslam Keşikçiləri korpusu qüvvələrinin Naxçıvana doğru yeridilməsi xəbəri yayılıb.

Bakıda zəmanət verilməsinə baxmayaraq, Tehran bölgədəki status-kvonun yenidən gözdən keçirilməsinə qarşı müdaxilə etmək istəyini nümayiş etdirməkdən çəkinmir. Bütün bunlar dövlətə yaxın kanallar vasitəsilə nümayiş etdirilir, bu da Ankara və Bakıya verilən bir siqnaldır”,-deyə Melkonyan bildirib.

Musavat.com

13.09.2023 15:56
688