Ermənistan hakimiyyəti Azərbaycandan Avropaya elektrik enerjisi nəqli üçün dənizaltı kabelin çəkilməsi layihəsində maraqlıdır. Musavat.com xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan ötən həftəsonu Tiflisdə olarkən Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə keçirdiyi brifinqdə deyib.
Baş nazir bildirib ki, İrəvan regional layihələrdə iştirak etmək istəyir: “Bölgəmiz Cənub və Şimal, Qərb və Şərq arasında çox mühüm marşruta çevrilə bilər. Bütün bunlarda, bütün dövlətlərə iqtisadi layihələrdə iştirak etmək imkanı verildikdə, inklüzivlik çox vacibdir. Bunun yaxşı nümunəsi Qara dənizin dibi ilə çəkiləcək və Ermənistanın böyük maraq göstərdiyi kabel layihəsi”.
Qaribaşvili öz növbəsində “regional əhəmiyyətli layihələr” üzərində işləməyin vacibliyini və Ermənistanın sualtı elektrik kabeli layihəsində maraqlı olduğunu qeyd edib.
Xatırladaq ki, Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında yaşıl enerjinin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb. Bu, 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi boyunca kabel xəttinin çəkilməsini nəzərdə tutur. Bu xətt 1195 km uzunluğunda olacaq və Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Bu ilin iyununda Bolqarıstan layihəyə qoşulmaq niyyətini bəyan edib. Bundan başqa, Özbəkistan və Qazaxıstan da layihədə iştirakda maraqlı olduqlarını açıqlayıblar. Kabelin quraşdırılmasının üç-dörd il çəkəcəyi gözlənilir.
Bəs Azərbaycanla sülh müqaviləsi olmadan Ermənistan bu layihədə necə iştirak edə bilər? Bundan ötrü İrəvan konkret hansı şərtləri ödəməlidir?
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, rusların təşəbbüsü və təkidi ilə keçən əsrin 20-ci illərinin sonlarına yaxın yaradılmış və 1990-cı ildə öz müstəqilliyini elan etmiş Ermənistan Respublikasının tarixində Nikol Paşinyan fərqli bir rəhbər obrazıdır: “Hakimiyyətə gəldiyi ilk günlərdə sələflərinin işğalçılıq oyunlarını davam etməyə qalxsa da, az keçməmiş reallıqları olduğu kimi dəyərləndirməyə başladı. Düzdür, bunun üçün ilk öncə onun başına Dəmir Yumruq dəyməli idi və o da dəydi. Bu yumruqdan sonra Paşinyan sanki ayıldı və başa düşdü ki, nəinki Qarabağ əldən gedəcək, masada Ermənistanın bir dövlət kimi taleyi dayanır. Bundan sonra o, Qarabağ Azərbaycandır dedi və indi də Ermənistanın konstitusiyasını, gerbini dəyişməyə qalxıb... Paşinyan bu gün nə qədər müstəqil olmasa da, o öz ölkəsi üçün pozitiv addımlar atmağa köklənib. Ölkəsinin taleyi rusların caynağında olsa da, Nikol bir əli ilə də Fransanın yaxasından yapışıb. Təbii ki, kirli erməni xisləti ilə yaşayan və ona bu yolda qarşı çıxan daxili və xarici qüvvələrlə mübarizə aparmaq nə qədər çətin olsa da, o gerçəkdən ölkəsi üçün pozitiv addımlar atmağa can atır, bunun üçün yüz dəfə yalan danışmaq lazımdırsa, onu da məmuniyyətlə edir. Lakin hələ ki, bir nəticə yoxdur...
Cənubi Qafqaz respublikaları müstəqillik əldə etdikdən sonra 30 ildən çox bir zaman kəsiyində Ermənistan hakimiyyətinin başında dayanmış şəxslər milli erməni xarakterlərindən çıxış edərək yalnız böyük Ermənistan yaratmaq xülyasını reallaşdırmağa cəhd etdilər. Bu istiqamətdə də ilk addımlarını Qarabağı işğal etməklə atdılar. Seçdikləri bu yolda özlərindən daha çox onlara havadarlıq edəcək tərəflərin şirin vədlərinə güvəndilər. Tarix boyu onun-bunun əlində siyasi alət olmuş ermənilərin başdan böyük ambisiyaları sonda onları havadarlarının yaratdığı dövləti də itirmək təhlükəsi ilə üz-üzə qoydu. Düşüncəsində ona qucaq açanlara ancaq xəyanət etmək kimi dəyərlər kök salmış bir millətin dövlətinin olması əslində heç bir məntiqə sığmır. Biz Azərbaycan türkləri olaraq başqa xalqların uğuruna ancaq sevinə bilərik, bu bizim milli xislətimizdən gəlir. Ancaq erməni tarixinə yaxından bələd olanlar çox yaxşı bilirlər ki, öz bəd əməllərini reallaşdırmaq üçün lazım gələndə iynənin ulduzundan keçmək qədər “məharət” sahibi olan bu millətin nümayəndələri, zamanı çatan kimi ona qucaq açmış qarşı tərəfin kürəyinə bıçaq saplayacaqlar. Mən bu fikirləri nədən səsləndirirəm? Əslində biz Ermənistanın regional layihələrdə iştirak etməklə bağlı son təşəbbüslərinə münasibət bildirməliyik. Lakin bu münasibəti bildirməzdən öncə, erməni xislətinin iç üzünü açmasaq, yeni erməni təşəbbüsü ilə bağlı verəcəyimiz təkliflər də yanlış olacaqdır”.
Sabiq nazir bir sıra məsələlərə də xüsusi diqqət çəkdi: “Qarabağ torpaqlarımızda Ordumuzun son antiterror əməliyyatlarından sonra Ermənistanda baş verən prosesləri mümkün qədər yaxından izləməyə çalışıram. Diqqətimi müxtəlif sorğularda iştirak edən və daha geniş düşüncə sahibi olan ermənilərin son aylar səsləndirdikləri fikirlər xüsusi cəlb edir. Öncə bu fikirlərin, baş vermiş hadisələr fonunda, əsəbləri tarıma çəkilmiş ermənilər tərəfindən emosiyalara söykənərək səsləndirildiyini düşünsəm də, eyni fikirlərin daha çox ermənilər tərəfindən səsləndirilməsi məni düşünməyə vadar etdi. Bu ermənilər nə deyirlər? Onlar deyirlər ki, həyat bizə sübut edir ki, bizim bir millət olaraq dövlətimizin olması mümkün deyil, bizim milli xislətimiz bizə öz dövlətinin olmasına imkan verməz. O səbəbdən də biz ancaq başqa bir ölkənin tərkibində milli azlıq kimi yaşaya bilərik. Əslində onlar ən doğru olanı deyirlər. Baxın, müstəqillik əldə edildikdən sonra Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan öz inkişafı və torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparır, Ermənistan isə bütün səylərini qonşu ölkələrin torpaqlarını yağmalamağa yönləndirib. Rusiyanın ağuşunda oturub, rusların su qiymətinə verdiyi elektrik enerjisi, qaz, yanacaq və s. hesabına yaşamaq, sərhədlərini ruslara qorutmaq, qonşu ölkəyə təcavüz etmək məqsədilə Rusiyadan dəyəri milyardlarla dollarla ölçülən həcmlərdə silah-sursatı dəyəri ödənilmədən alaraq işğalçı “şücaəti” göstərmək nə qədər çətindir bir dövlət üçün? Bütün bunları sənə dövlət qurmuş bir ölkədən əldə edib, sayəsində nəfəs aldığın o ölkənin qucağında otura-otura deyəsən ki, bəs mən artıq səni bəyənmirəm, Qərbə Fransız bacımın yanına gedirəm. Bu fikirləri bir qədər bədii formada səsləndirsəm də, əslində bununla erməni xislətinin iç üzünün cizgilərini daha aydın çəkmək istəyirəm.
Bütün bu söylədiklərimizdən sonra Azərbaycanın Qara dənizin altı ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan meqa-layihəsində Ermənistanın iştirakını necə təmin etmək olar? Gəlin baxaq, Ermənistan bu layihədə necə iştirak etmək istəyəcək? Heç şübhəsiz ki, Ermənistan hökuməti Azərbaycandan Qara dənizə uzanacaq kabelin bir hissəsinin onun ərazisindən keçməsini təklif edəcək. Bəs bu mümkündürmü? Azərbaycanı, Gürcüstanı torpaq iddiaları ilə on illər boyu təhdid edən erməni bu xəttin bir hissəsinin onun ərazisindən keçməsindən istifadə edib, sonra da bizi təhdid etməyəcəkmi? Kim buna zəmanət verə bilər? Heç kim? Erməni xislətini yaxşı bilən heç bir tərəf bu zəmanəti verməz. Bu zəmanəti ermənilər özləri yarada bilərdilər. Lakin erməni xisləti buna imkan vermədi. İmkan versəydi, zamanında Bakı Tibilisi Ceyhan Boru Kəməri, Cənub Qaz Dəhlizi kimi meqa-layihələrin reallaşdırılmasının iqtisadi cəhətdən ən sərfəli marşrutu da elə onların Ermənistan üzərindən çəkilməsi idi...
Ermənistan ətrafında baş verən bütün proseslər onu göstərir ki, sonda tarixi ədalət qalib gələcək. Ermənilərin özlərinin dediyi kimi – erməni millətinin öz dövlətinin olması mümkün deyil, bu millət dövlət idarə etmək ağlında deyil. Onlar Azərbaycan torpaqlarında onlar üçün zorla yaradılmış dövləti saxlamaq iqtidarında olmadıqlarını artıq sübut etdilər. Özgə atına minən gec-tez o atdan düşməlidir. Ermənilərə son təklifimiz – nə qədər ki, gec deyil, yığışın gedin tarixən gəldiyiniz məkanlara və ya sizə qucaq açan Qərbə – necə ki, bunu Qarabağ torpaqlarımızda yaşayan ermənilər etdilər. İngilislər demişkən, GO HOME!”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”