Erməni lobbisi Azərbaycanla bağlı Trampa təzyiq göstərməyə çalışır

ABŞ-da fəaliyyət göstərən erməni lobbisi Donald Trampa təzyiqlər etməyə başlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Azərbaycanın Qarabağdakı separatçı tör-töküntülərə qarşı apardığı qətiyyətli mübarizə erməniləri Donald trampa qarşı əsassız tələblər irəli sürməyə vadar edib.

Qeyd edilib ki, Amerika Erməni Milli Komitəsi öz bəyanatında “Tramp-Pens administrasiyasının Azərbaycana yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmasından narazılığını” bildirir və Bakını pisləmək üçün əsassız tələblər irəli sürür.

Musavat.com

15.08.2024 19:51
382