Erməni liderlərin makaka xisləti – Onlar hələbli Akopun oğlunu eşitmədilər...

Son bir əsrdə erməni xalqı Levon Ter-Petrosyan qədər ağıllı və uzaqgörən siyasi lider, ictimai-siyasi xadim yetişdirməyib.

Onlar nə qədər Anastas Mikoyanla, əldəqayırma marşallarla, yalançı akademiklərlə öyünsələr də, onların heç biri Ter-Petrosyan qədər xalqa düzgün yol göstərməyib, əksinə, xalqı qızışdırıb sonu dalan olan yola yönəldiblər, faciələrə düçar ediblər.

Ter-Petrosyan isə nə qədər xalqımıza düşmən olsa da, heç olmasa öz xalqına düşmən deyildi, soyuq düşünməyi bacarır, hər müharibənin sonunun sülhlə bitməsi zərurətini dərk edirdi. Görünür, onun safqanlı erməni olmaması necəsə sözünü deyirdi. (Levon Ter-Petrosyanın atası erməni, anası assuriyalıdır).

nasssiss.jpg (34 KB)

Düzdür, Xocalı qətliamı onun Ermənistan prezidenti olduğu dönəmdə baş verib, ancaq təəssüf ki, bu günə qədər də o hərbi, anti-bəşəri cinayətə görə əsas məsuliyyəti Robert Koçaryan-Serj Sarkisyan-Vazgen Sarkisyan triosunun, yoxsa Ter-Petrosyan-Vazgen Manukyan tandeminin daşıdığını müyyən edə bilməmişik. Hər halda, bir dəfə “qələbə eyforiyas”ına qapılan Serj Sarkisyan Xocalıda törətdikləri cinayətə görə “azərbaycanlılar elə bilirdi ki, biz niyyətimizdə ciddi deyilik, Xocalıdan sonra anladılar”, - deyə öyünərək boynunu Xocalı qətliamının məsuliyyətinin altına verib.

Ter-Petrosyan, əlbəttə ki, erməni millətçisidir, ancaq qatı şovinist deyil. Hətta onun prezidentliyi dövründə ultra-şovinist “Daşnaksütyun” partiyası qadağan edilmiş, fəal üzvlərindən bir neçəsi həbs olunmuşdu. O, ötən sərin 90-cı illərinin ortalarında, Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs sazişindən bir-iki il sonra dərk etmişdi ki, iki dövlət arasında sülh sazişi imzalanmasa, erməni xalqı heç vaxt xoş gün görməyəcək, permanent müharibə şəraitində yaşamalı olacaq.

Ancaq o dövrdə başı “Qarabağ zəfəri”ndən gicəllənmiş Koçaryan və Vazgen/Serj sarkisyanlar köməkləşərək, sülh, kompromiss söhbəti edən prezidenti istefa verməyə vadar etdilər. Beləcə, Ermənistanda “Qarabağ klanı” deyilən radikal çete hakimiyyətə gəldi və hər dəfə “sülh” deyiləndə, daş atıb başını tutdu.

Ter-Petrosyanın zorən xələfi olmuş komandaya elə gəlirdi ki, Azərbaycanın ərazisini haraya qədər tutublarsa, hamısı onlara qalmalıdır, dinəndə də “qan töküb, almışıq, niyə qaytaraq” deyirdilər.

ter-petrosyan.jpg (95 KB)

Bax, o zaman daha təcrübəli L.Ter-Petrosyan mediaya verdiyi açıqlamalarda bu cür fikirlər işlətməyə başladı:
“...Güzəştin alternativi var deyib xalqı çaşdırmağa çalışmasınlar. Kompromisə alternativ müharibədir... Güzəştdən imtina və maksimalizm (mümkün olana deyil, maksimuma nail olmaq istəyi) Qarabağın tamamilə məhv edilməsinə və Ermənistanın vəziyyətinin pisləşməsinə aparan ən qısa yoldur.”.

O anlayırdı ki, güzəştə getməmək, işğal edilən əraziləri öz sahibinə qaytarmamaq, “hamısı mənim” mövqeyi tutmaq əvvəl-axır müharibəyə səbəb olacaq və yeni müharibədə kimin qalib gələcəyi sual altına düşəcək. O birilər anlamırdılar.

Ter-Petrosyan deyirdi: “...Macərapərəstlərin yolu qaçılmaz məğlubiyyətə aparır. Biz artıq bir dəfə “İstanbulu qan dənizi ilə doldurub”, Qərbi Ermənistanı, başqa dəfə Sevr müqaviləsi ilə müəyyən edilmiş əraziləri tələb edərək Şərqi Ermənistanın yarısını itirmişik”.

O, dərk edirdi ki, sırf ermənilərə xas maksimalizmin, tamahkarlığın axırı məşhur atalar misalında deyilən “çox istəyən azdan da olar” durumu yaradacaq, ancaq onun opponentləri bu fikirlə razılaşmırdılar, hətta eks-prezidenti “erməni ideyası”ndan üz döndərməkdə suçlayırdılar.

Ter-Petrosyan deyirdi: “...Bu gün rədd etdiyimiz şeyi gələcəkdə istəməli olacağıq, amma almayacağıq, necə ki, tariximizdə dəfələrlə olub”.

petro.jpg (32 KB)

O, başa düşürdü ki, taleyin gərdişi, böyük dövlətlərin məkrli siyasəti nəticəsində ermənilərin əlinə tarixi fürsət düşüb, bundan yararlanmaq lazımdır, ancaq onun opponentləri elə bilirdilər ki, erməni xalqının üzünə günəş doğub, tarixində yeni era başlayıb və indən belə yalnız qabağa gedəcək, qələbədən-qələbəyə adlayacaqlar.

Bu ovqatla ermənilər bir dəfə təsadüfən böyük kluba qalib gəlmiş futbol komandasına oxşayırdılar, elə bilirdilər, daha onlara zaval yoxdur.

Bəs axırda necə oldu? Ter-Petrosyan deyənlər oldu. İndi yəqin ki, Ermənistanda onun 25 il öncə dediklərini yaxşı xatırlayırlar. Necə ki biz xatırlayırıq.

Fəqət artıq gecdir. 1994-95-ci illərdə Azərbaycan dövləti onlara dünyadakı ən yüksək muxatriyyatı vermək fikrinə gəlmişdi, hətta Aland adalarının statusunun eynisi təklif edilirdi. Ancaq ermənilər buna razı olmadılar, “tam müstəqillik” deyib durdular.

hqdefault.jpg (41 KB)

Əslində onların davranışından belə anlaşılırdı ki, Dağlıq Qarabağın müstəqil dövlət olması ilə qane deyillər, bu niyyətdədirlər ki, tutduqları ərazilər, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam da onlara qalsın - ən azı yarısı. Dünya belə maksimalizm, güzəştsizlik görməmişdi, amma heç kəs də ermənilərə “düz eləmirsiniz” demirdi. Yalnız Ter-Petrosyan və bir neçə erməni ziyalı belə deyirdi, onları da eşidən yox idi.

Qamarladıqları hər şeyi əlində saxlamaq istəyən erməni siyasilər Hindistanda yaşayan meymun (makaka) növü kimi hərəkət edirdilər. Ovçular bu meymunun xasiyyətini bildikləri üçün bir ağac koğuşuna buğda (banan, toxum, düyü və s.) tökürlər. Koğuşun ağzı elə düzəldilir ki, əl girir, amma yumruq şəklində çıxmır. Koğuşa qida qoyulduğunu görən makaka ağacdan enir, pəncəsini koğuşa salır, dənləri ovuclayır, yumruğunu koğuşdan çıxarmaq istəyəndə mümkün olmur. Ovçu pusqudan çıxıb ona yaxınlaşır. Meymun ovcundakı dənləri buraxaraq əlini koğuşdan çıxarıb qaça bilər, özünü sağa-sola, ora-bura çırpır, çığırır, bağırır, ələ keçəcəyini bilir, amma ovcundakıları buraxmır. Ovçu isə onun ənsəsindən yapışıb qəfəsə salır, aparıb zooparklara satır.

Erməni liderlər Ter-Petrosyanın sözünə qulaq assaydılar, makaka kimi etməsəydilər, aqibətləri bildiyimiz kimi olmazdı. İndi onlara nəinki muxtariyyat statusu, heç mədəni muxtariyyat verən də yoxdur.

Araz Altaylı, Musavat.com

22.09.2023 12:12
3128