Erməni keşiş Qarabağ klanı ilə görüşə getdi - Revanşistlər BİR ARADA (VİDEO)

Erməni keşiş Baqrat Qalstanyan Qarabağ kalnının nümayəndələri ilə "Yerevan-Plaza" otelində görüşüb.

Musavat.com Erməni KİV-lərinə istinadən xəbər verir ki, bir müddət əvvəl Baqrat Qalstanyan Seyran Ohanyan və İşxan Saqatelyanın müşayiəti ilə Yerevan-Plaza otelinə gedib və Robert Köçəryanın ofisinin yerləşdiyi binaya daxil olub.

Qeyd edək ki, sərhəd etirazçıları artıq bir neçə saat öncə İrəvanın mərkəzində, Respublika Meydanında aksiyaya başlayıblar.

İrəvan müxalifəti, o cümlədən Rusiyaya bağlı ayrı-ayrı qrup və təşkilatlar keşiş Baqrat Qalstanyanın etiraz aksiyasına qoşulublar. Mitinqdə çıxış edən Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyana istefaya getmək üçün bir saat (İrəvan vaxtı ilə 19:40-a kimi) vaxt verib.

"Mən 1 saat ərzində görüşməyə və istefa üçün bütün şərtləri müzakirə etməyə hazıram. Sizin Ermənistan Respublikasında artıq heç bir səlahiyyətiniz yoxdur", - deyə keşiş bildirib.

Mitinq bu dəqiqələrdə də davam edir.

Görüntüləri təqdim edirik.

@@TVmusavat/85123@@

Musavat.com

09.05.2024 21:06
1822