Erməni kəndlilər Laçın dəhlizi haqda: "Əliyev nə istəyirsə, edir!" - VİDEO

Azərbaycanın bu günlərdə Laçın dəhlizinin Həkəri çayı üzərindən keçən hissəsində nəzarət-buraxılış məntəqəsi quraşdırması Şuşa ilə Laçın arasındakı Böyük və Kiçik Qaladərəsi, Turşsu və Sarıbaba kəndlərinin erməni sakinlərinin ciddi narahatlığına səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb.

Dığ kəndinə gedən erməni sakinlər bildirirlər ki, geri qayıdanda ciddi problemlə üzləşiblər. Belə ki, körpüdən keçmək istəyərkən Rusiya sülhməramlıları onları əraziyə buraxmayıb. 

Digər erməni sakin isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev nə istəyirsə, onu da edir və götürdüyü ərazilərdən bir addım da geri çəkilmir.

Ətraflı videoda:

27.04.2023 10:24
3597