Erməni hərbçi yaralanıb

Erməni hərbçi yaralanıb. 

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, avqustun 14-də saat 19:50 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Şorca kəndi ərazisindəki erməni mövqelərini atıcı silahlardan atəşə tutub, nəticədə hərbi qulluqçu S.D yaralanıb.

Məlumatda həmçinin yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

14.08.2023 22:28
856