Erməni hərbçi yandı

Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu qaz balonunun partlaması nəticəsində yanıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. Yanğın avqustun 25-də avtomobilin arxa hissəsində baş verib. İdarənin mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alan serjant A.M.-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, eyni gündə Xankəndidə də müəmmalı yanğın baş verib, burada da qaz balonunun partladığı iddia edilir.

 

Musavat.com

26.08.2022 00:17
713