“Azərbaycan Ermənistan sərhədi boyunca ağır hərbi texnika və silahlar toplayıb, mühəndis işləri aparır, yollar salır, yeni mövqelər tikir”. Bu barədə “Hraparak” nəşri yazıb.
“Xarici media və analitik institutlar müharibə təhlükəsi ilə bağlı səs-küy salır, lakin Ermənistan silahlı qüvvələrinin baş əməliyyat idarəsinin rəisi yoxdur.
Apreldə Ermənistan-Azərbaycan sərhədində Dığ kəndində baş verən insidentdən sonra Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Armen Maralçyanı vəzifəsindən azad edib. Bu bölmənin hələ də lideri yoxdur. Belə çıxır ki, düşmənin növbəti hücumunun qarşısını alan ən mühüm bölmələrin rəhbərləri yerində deyil”, – nəşr yazıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə hərbi ekspert Üzeyir Cəfərov da iştirak edəcək. Tamaşaçılarımız da şərhləri və sualları ilə efirə qatıla bilərlər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat