Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı məlumat yayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, iyulun 3-də saat 00:45 radələrində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin mühafizə məntəqəsində müqaviləli əsgər Sarkis Arturoviç Xaçatryan qeyri-müəyyən şəraitdə güllə yarası alıb.
O, çatdırıldığı hərbi hospitalda ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Musavat.com