Erməni ekspertdən ŞOK AÇIQLAMA - tezliklə...

“2023-cü ildə Ermənistan Respublikasının 36 512 vətəndaşı ölkəni tərk edərək geri qayıtmayıb. Bunlar adi rəqəmlər deyil, bu o deməkdir ki, ermənilər öz dövlətlərini tərk edirlər”.

Musavat.com xəbər verir ki, bu barədə Alternativ Layihələr Qrupunun üzvü Elinar Vardanyan öz məqaləsində yazıb.

“10 il ərzində gedən və qayıtmayan Ermənistan vətəndaşlarının sayı 291 327 nəfər təşkil edib. Bu müddət ərzində, təkcə 2020-ci ildə gələnlərin sayı gedənlərin sayını 42 786 nəfər ötüb ki, bu da koronavirus pandemiyası ilə əlaqədar qlobal məhdudiyyətlərlə bağlıdır. Maraqlıdır ki, 291 327 nəfərin demək olar ki, yarısı - 138 024 nəfər son 3 ildə geri qayıtmayıb, 2021-ci ildə bu, 73 521, 2022-ci ildə 27 941, 2023-cü ildə 36 512 adam təşkil edib.

Yüz minlərlə erməni vətəndaşı “Yaşıl Kart” arzusundadır. ABŞ 2019-2021-ci illər üçün “Yaşıl Kart” müraciətlərinin ümumiləşdirilmiş statistikasını rəsmi olaraq dərc edib. ABŞ-ın Ermənistandakı səfirliyinə “Yaşıl Kart” üçün 602 359 müraciət daxil olub.

“Yaşıl Kart” almaq üçün müraciət edən Ermənistan vətəndaşlarının faizi Gürcüstan və Azərbaycandan müraciət edənlərin sayından bir neçə dəfə çoxdur. Bu, hətta mühacirət deyil, konkret olaraq vətəndaşın dövləti tərk etmək qərarıdır. İnsanlar ayrılır, çünki onların öz gələcəyinə, dövlətin gələcəyinə əminlikləri yoxdur. Onlar daimi müharibə şəraitində yaşayırlar. Rəsmilər sülh üçün səy göstərdiklərini iddia edirlər, lakin sülh üçün yalvarışlar yalnız sonsuz müharibənin xaosuna gətirib çıxarır.

İnsanlar məyus olur və aldanır. Seçim ya/ya da. Ya ölkə daxilində və ətrafında reallığı dəyişin, ya da Ermənistanın tərk-silah edilməsi ilə barışın. Həll yollarını tapmaq indi hamımızın borcudur. Ermənilərsiz Ermənistan kimə lazımdır?”, - deyə Vardanyan yazıb.

Musavat.com

19.02.2024 18:11
2002