Erməni ekspert Paşinyanı TƏHQİR ETDİ: "Axmaq, bacarıqsız, dəli..."

"Nikol Paşinyanın necə axmaq, bacarıqsız, dəli olduğunu nə vaxt başa düşəcəyik?!"

Musavat.com xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Qaren Vrtanesyan deyib.

O bildirib ki, Paşinyan dövlət sistemini məharətlə iflic edib, ölkəni tam hazırlıqsız vəziyyətdə müharibənin astanasına gətirib:

"Nikolun Azərbaycana silahla ələ keçirə bildiyindən qat-qat çox şey verdiyini nə vaxt dərk edəcəyik? Ermənistanda hakimiyyətin başında Türkiyə və Azərbaycanın maraqlarına çox ağıllı və məqsədyönlü şəkildə xidmət edən insanlar var".

Musavat.com

14.09.2022 19:45
2601