Erməni diversantlar tərəfindən quraşdırılmış partlayıcı qurğular zərərsizləşdirilib - VİDEO

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri erməni diversantlar tərəfindən quraşdırılmış partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər.

Bu barədə “Caliber”in “Telegram” kanalında məlumat verilib.

Ermənistanla Azərbaycanın şərti sərhədində aşkarlanan partlayıcının əldəqayırma üsulla hazırlanaraq 152 mm-lik mərmiyə doldurulduğu qeyd edilir. Onun çəkisi 55 kq-dan çox olub.

Mərmi çoxlu sayda canlı qüvvə və texnikanı məhv etmək üçün nəzərdə tutulub.

 

25.09.2022 14:58
724