Erməni diversanta 18 il həbs verildi

Kəlbəcərdə saxlanan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən Voskanyan Qaqik Aşotoviç 18 il müddətinə azadlıqdan məhrum olunub.

Xalidə Gəray,
Musavat.com

07.12.2023 16:19
679