Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının üzvü, deputat Qevorq Papoyana məxsus avtomobil qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə “shamshyan.com” məlumat yayıb.
Qeyd olunub ki, gecə saatlarında, təxminən 00:15 radələrində Papoyanın avtomobili Dilicanda ağaca çırpılıb.
Məlumatda bildirilir ki, qəza nəticəsində avtomobildə olan 34 yaşlı İrəvan sakini Robert K. xəsarət alıb və “Dilican” tibbi hospitalına çatdırılıb.