Erməni deputatdan sülh sazişi ilə bağlı SENSASİON İDDİA

“Ermənistanla Azərbaycan arasında imzalanmaq üçün hazırlanan sənədi sülh müqaviləsi hesab etmək olmaz, bu, sadəcə olaraq müəyyən məsələlər üzrə tərəflər arasında razılaşmadır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində eyni adlı müxalifət blokundan olan deputat Geqam Nazaryan deyib.

Bununla belə, sənədin tezliklə imzalanacağı erməni deputata çətin görünür.

“Mən əminəm ki, bu müqavilə və ya saziş 2024-cü ildə imzalanmayacaq. Müəyyən bir məsələ ilə bağlı mübahisələr səbəb kimi seçiləcək”, - deyə Nazaryan bildirib.

Erməni deputatın iddiasına görə, Azərbaycan tərəfi Ermənistanla heç bir sənəd imzalamaq istəmir, ona görə də ya tamamilə qəbuledilməz olan, ya da ən azı əlavə müzakirələr tələb edən məqamların daxil edilməsini təklif edir.

“Bu, prosesin gecikməsinə səbəb olacaq. İmzalanma prosesinin ləngiməsinin digər səbəbi Azərbaycanda gözlənilmədən elan edilən növbədənkənar prezident seçkiləri olacaq. Sonra deyiləcək ki, ilin sonuna kimi Rusiyada, ABŞ-da seçki proseslərinin başa çatmasını gözləmək lazımdır. 

Düşünürəm ki, 2024-cü il məhz bu məntiqlə davam edəcək”, - deyə Geqam Nazaryan “24TV”nin efirində bildirib.

Nazaryan hazırkı danışıqlar prosesinin bir imitasiya olduğunu da söyləyib. Ona görə, ortada sülh müqaviləsinin mətni yoxdur.

Musavat.com

29.12.2023 16:48
3025