Erməni deputatdan Ararat Mirzoyana ŞOK SÖZLƏR 

“Qısa qiymət verək, bir sıra sahələrdə dövlət proqramını həyata keçirmədiyiniz üçün xarici əlaqələr büdcəsini məqsədsiz xərclədiniz”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı Armen Rüstəmyan tərəfindən yerli parlamentin daimi komissiyalarının birgə iclasında səslənib.

“KTMT-yə gəlincə, məsələn, proqramda bir şey deyilir, siz Qarabağ məsələsində tamam başqa bir şey etdiniz, “soyqırım” (qondarma - red.) məsələsi ilə bağlı xarici gündəliyə bir məsələ daxil edilməyib və bu, sonsuza qədər davam edə bilər. Bütün bunlar hökumətinizin proqramından irəli gələn addımlar idi, həyata keçirilməli idi, lakin indiyə qədər gerçəkləşdirilməyib”, - deyə Rüstəmyan bildirib.

Onun sözlərinə görə, sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı Azərbaycanın tələbləri yerinə yetirilib.

“Hər şey Bakının istəyi ilə edilir. Azərbaycan nəyisə tələb edir, siz bunu əsaslandırır və həyata keçirməyə başlayırsınız, o cümlədən Konstitusiyaya dəyişikliklə bağlı məsələ ilə əlaqədar. Nəticədə belə çıxır ki, biz xərcləri büdcəyə uyğun planlaşdırırıq ki, proqramda nəzərdə tutulan tələblər yerinə yetirilməsin”, - deyə daşnak deputat qeyd edib.

Öz növbəsində, Ararat Mirzoyan Rüstəmyanın iradları ilə razılaşmadığını bildirib və onun mövqeyini Ermənistan üçün dağıdıcı hesab edib.

Musavat.com

04.06.2024 13:55
939