Erməni deputat yeni hərbi toqquşmalardan DANIŞDI

“Azərbaycanla yeni hərbi toqquşmalar bu gün real təhlükədir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı Artur Xaçatryan danışıb.

“Biz indi genişmiqyaslı müharibədən danışmırıq, lakin yeni hərbi toqquşma təhlükəsi son dərəcə yüksəkdir. Bu şəraitdə baş nazir Paşinyan velosiped sürür, hökumət üzvlərinin çoxu məzuniyyətdədir. Əgər o, belə şəraitdə istirahətindən zövq alırsa, velosiped sürürsə, kiməsə maraqlı olmayan problemlərini danışırsa, niyə hakimiyyətdə qalır?” - deyə deputat “Beşinci kanal”da efirdə deyib.

“Bu arada yeni eskalasiya təhlükəsi Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan tərəfinə verdiyi müəyyən razılaşmalar və vədlərlə bağlıdır. Burada konstitusiyanın dəyişdirilməsindən tutmuş, Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, dəhlizin verilməsinə qədər çoxlu vədlər var”, - deyə Xaçatryan bildirib.

Bununa belə, erməni deputata görə, COP29 tədbiri baş tutana qədər savaşa başlama ehtimalı azdır.

Musavat.com

29.07.2024 14:48
1145