“Armen Aşotyana qarşı qaldırılan cinayət işi hakimiyyətin boğazında sümüyə çevriləcək”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan yazıb.
“Aşotyanın həbsdə qalması sırf hakimiyyətin siyasi yanlış hesablamasının nəticəsidir. O, bu vəziyyəti kökündən dəyişmək uğrunda, hakimiyyətlə bu və ya digər şəkildə mübarizə aparıb. Ona görə həbs olunub”, - deyə Abramyan feysbukda yazıb.
Qeyd edək ki, həm Armen Aşotyan, həm də Tiqran Abramyan revanşist düşərgənin təmsilçiləridir. Aşotyan təhsil naziri olduğu illərdə yol verdiyi korrupsiya əməllərinə görə həbs olunub.
Musavat.com