Erməni cəlladın Xankəndidəki abidəsi söküldü

Antiterror tədbirlərindən sonra separatçı rejimin qalıqlarının təmizlənməsi prosesi davam edir.

Musavat.com unikal-a istinadən xəbər verir ki, Xankəndi şəhərində Qarabağ cəlladlarından biri, “Bekor” ləqəbli Aşot Qulyanın abidəsi sökülüb.

Qeyd edək ki, 1992-ci ildə Ağdərə, Hadrut və bir sıra istiqamətlərdə günahsız azərbaycanlıların qanını tökən terrorçunun abidəsi Xankəndi universitetinin qarşısındakı parkda yerləşirdi.

02.02.2024 15:40
4256