Erməni canisindən sərsəmləmə: “Azərbaycana yenidən zərbə vuracağıq”

“Erməni ordusu Ermənistan-Qarabağ-Diaspor üçlüyü sayəsində formalaşıb”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri, Qarabağ canisi, parlament deputatı Seyran Ohanyan öz feysbuk səhifəsində yazıb.

Əli minlərlə soydaşımızın qanına batan bu quldur sonda revanşist bəyanat da verib:

“Şübhə etməsinlər ki, Azərbaycan bizim zərbəmizi bir daha görəcək”.

Musavat.com

28.01.2025 15:24
1155