Erkin Qədirli səsvermədəki səhvini etiraf etdi

Milli Məclisdə müzakirə olunan “Siyasi partiyalar haqqında” qanun layihəsi ilk oxunuşda səsə qoyulduqdan sonra söz alan deputat Erkin Qədirli bildirdi ki, texniki səhv yol verib.

Onun sözlərinə görə, komitə iclasında da qanun layihəsinin əleyhinə çıxdığı halda, budəfəki səsvermədə səhvən “bitərəf” düyməsini sıxıb: “Mən komitə iclası zamanı da bildirmişdim ki, qanun layihəsinin əleyhinəyəm. Amma bayaq səsvermə zamanı yanlışlıqla bitərəf olaraq səhv düyməni basdım. Xanım sədr, zəhmət olmasa, protokola məni əleyhinə olaraq qeyd edərsiniz”.

Spiker bildirdi ki, bu, ciddi məsələdir və onun qeydi nəzərə alınacaq.

E.Paşasoy,
Musavat.com

29.11.2022 16:37
1280