Bakının Hövsan qəsəbəsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadənin cinayət işi üzrə məhkəm prosesi keçirilib.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Məhkəmənin hökmü ilə Gülnar Vəlizadə 9 il müddətinə azadlıqdan mərhum edilib.
İttihama görə, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-cı il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.
Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Gülnar Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.