Aktrisa Tuluğ Çizgen maraqlı açıqlaması ilə diqqət çəkib.
Musavat.com lent.az-a istinadən bildirir ki, aktrisa özündən 23 yaş kiçik ərinə görə illər boyu travma yaşadığını bildirib.
"Ayda ən azı 3-4 dəfə xəyanətini tuturdum. Tutmadıqlarım daha çox idi. O mənə bağlansın deyə, dayanmadan estetik əməliyyatlara girdim. Fayda etmədi, iş o yerə çatmışdı ki, ana-bala kimi olmuşduq. Artıq gecələr başqa qadınlarla görüşə gedəndə "amandır qorun, virus tutma" filan deyirdim",- aktrisa bildirib.
"Onunla evliliyim mənə illər uzunu travmalar yaratdı. İstanbuldan köçdüm getdim, gözdən uzaqlarda, onsuz bir həyatla hüzur tapmağa çalışdım", - aktrisa qeyd edib.