"Ərimlə barışmaq istəmirəm" - VİDEO

Müğənni Afət Fərmanqızı şəxsi həyatından danışıb.

O, "Nigar xanım" verilişində ayrıldığı həyat yoldaşı barədə suala cavab verib. Sənətçi aralarında soyuq rüzgarlar əsən əri ilə barışmaq istəmədiyini etiraf edib.

Hələ də rəsmi nikahlarının olduğunu bildirən Fərmanqızı qarşı tərəfin hərəkətindən peşman olduğunu deyib.

Xatırladaq ki, müğənni bir müddət əvvəl telekanalların birinin verilişində yaşanan olaya görə həyat yoldaşının evliliklərini bitirmə qərarını verdiyini açıqlamışdı. Buna səbəb isə onun keçmiş ərinin fotosunun efirdə nümayiş etdirilməsi olub. (milli.az)

15.09.2024 13:55
2705