Ötən gün Abşeronda əri tərəfindən qətlə yetirilən Hüseynli Leylanın tələbə olduğu müəyyənləşib.
Bu barədə Musavat.com-a BDU-nun mətbuat xidmətindən bildirilib.
"Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsi qətlə yetirilib. BDU kollektivi bu ağır cinayətdən kədərləndiyini bildirir, tələbəmizə rəhmət diləyir, cinayətkarın layiq olduğu cəzanı alacağına inanır. Leyla Hüseynli intizamlı, fəal tələbə kimi tanınıb, yüksək akademik göstəriciləri olub", - məlumatda deyilir.