Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı

"Fars və ərəb dilini çox gözəl bilirəm".

Bu sözləri meyxanaçı Samirə Yusifqızı "Duz-istiot" verilişində deyib.

O, illər öncə Birləşmiş Ərəb Əmirliklərində çalışdığını bildirib:

"Mən 3 il Ərəbistanda işləmişəm. Müqavilə imzalayıb getmişdim. Ərəbistanın 7 şəhəri məni pulla almışdı. Məsələn, 3 ay Küveytdə oxuyurdum, 3 ay Bəhreyndə, 3 ay Keniyada, 3 ay Qətərdə. Orada diskolarda ərəb dilində oxuyurdum. Heç məni türk qızlarına oxşatmırdılar. Deyirdilər Mərakeş qızlarına oxşayıram". (bakıvaxtı.az)

22.04.2024 12:56
32689