“Ərəblər məni almışdılar” - Samirə Yusifqızı

Meyxanaçı Samirə Yusifqzı maraqlı açıqlaması ilə diqqət çəkib.

O, verilişlərdən birində 12 dil bildiyini və illər əvvəl Ərəbistanda müqavilə ilə işlədiyini söyləyib.

“Orta məktəbdə ərəbcə dərs almışam. Fars, ərəb, yəhudi, türk dillərini gözəl bilirəm. Ərəbistanda 3 il işləmişəm.

Ərəblər məni və ansamblımı müqavilə ilə satın almışdılar. Küveyt, Bəhreyn, Qətər, Keniyada ansamblımla birlikdə işləmişəm. Bu illər öncə olub. Arada gəlib ailəmə dəyib qayıdırdım. Toylarda yox, xüsusi salonlarda konsert verirdik”, - meyxanaçı-müğənni bildirib./Lent.az

24.10.2024 18:50
777