Türkiyənin məşhur müğənnisi Cenk Eren İstanbuldakı evini ərəblər xarabaya çeviriblər.
Musavat.com bildirir ki, bu barədə müğənnin özü sosial şəbəkədə məlumat paylaşıb. Müğənni qeyd edib ki, evini
Səudiyyə Ərəbistanından olan şəxsə 1 illik müqavilə ilə kirayəyə verib, 6 ay əvvəl evini satıb. Lakin evin yeni sahiblərinin ona göndərdiyi videonu görən müğənni şoka düşüb. Məlum olub ki, kirayə verdiyi ərəblər onun evini xarabalığa çeviriblər.
"Bir atalar sözü var: beş barmağın beşi də bir olmaz. Elə düşünmək istəyirəm. Ərəb dostlarımız kirayə götürdükləri evi belə istifadə ediblər. Vicdanla əlaqədar bir durumdur" deyə, müğənni qeyd edib.
Xalidə Gəray
Musavat.com