Ərəb ölkələri neft bazarında stabilliyi qorumaq üçün əlavə tədbirlər görəcək - RƏSMİ

İraq və beş Körfəz ölkəsi - Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı İsrail-Həməs qarşıdurması nəticəsində neft bazarında stabillik pozularsa, əlavə addımlar atacaqlarını bəyan ediblər.

Bu barədə açıqlama ölkələrin energetika nazirləri Ər-Riyadda keçirilən Yaxın Şərq və Şimali Afrika üçün Regional İqlim Həftəsi çərçivəsində keçirilən görüşündən sonra verilib.

Səudiyyə Press Agentliyinin məlumatına görə, nazirlər OPEC+ sazişi iştirakçılarının davam edən səyləri çərçivəsində neft bazarının sabitliyini qorumaq üçün istənilən vaxt əlavə tədbirlər görməyə hazır olduqlarını təsdiqləyiblər.

 

Musavat.com

08.10.2023 23:04
363