Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu AES-ə nüvə yanacağının verilməsi mərasimindən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonla danışmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
O bildirib ki, mərasim cümə axşamına təyin edilib.
"Cənab prezident Ərdoğan bundan əvvəl də deyib ki, Putin mərasimə videokonfrans vasitəsilə qoşulacaq." - , deyə Kalın bildirib.
Musavat.com