Ərdoğanla Makron arasında SƏMİMİ DİALOQ: "Bəs gələcəkdin?" - VİDEO

Fransa Prezidenti Emmanuel Makron ötən həftə Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilmiş G20 sammitindən sonra rəsmi “X” hesabında video paylaşıb.

Musavat.com-un xəbərinə görə, sözügedən görüntülərdən aydın olur ki, G20 sammitində Fransa lideri ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla arasında səmimi dialoq baş tutub.

Belə ki, Ərdoğan fransalı həmkarına verdiyi sözü xatırladıb: “Bəs gələcəkdin?”

Makron isə cavabında: “Gələcəkdim, amma sən yox idin. Yaxşı, gələcəm” - deyib.

Ərdoğan isə gülərək: “Yaxşı, gəl danışaq”, - deyib və liderlər dialoqu sonlandırıblar.

Xatırladaq ki, Makron və Ərdoğan sonuncu dəfə ötən il Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyi Liderlər Zirvəsi çərçivəsində görüşüblər.

15.09.2023 15:20
2654