Ərdoğanla Bayden arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Telefon danışığında Türkiyə ilə ABŞ arasında əlaqələr, Qəzza məsələsi, regional və qlobal hadisələr müzakirə edilib.

01.08.2024 23:53
827